Qamətindən münfəildir sayeyi-sərvi bülənd,Həsrətindən ər-əri-şümşad olubdur dərdmənd.

Arizin bağında zülfin tarinə bənd eylə, gəl,İstər isən naleyi-bülbüldən olmaq bəhrəmənd.

Sərbəsər bir tareyi-muyin bəhasidir sənin,Mülki-Təbrizü Ciğatayü Xorasanü Xocənd.

Ta ki, gəldi ey sənəm eşqin xəyalı başıma,Dünyəvü üqba qəmindən keçdimü oldum ləvənd.

Canımı eşqinə təslim eylədim ixlasilə,Ol pəri-peykər məni, yarəb nədən qılmaz pəsənd?

Dər biyabani-təhəyyür qalmışam bixurdu xab,Valehü sərkəştəvü heyranu zaru müstəmənd.

Макта — последний бейт с тахаллусом поэта. Bu Xətai ləblərin eşqində gər ah eyləyə,Ahinin suzindən olur xak ol kuhi-Səhənd.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви