Dilbəra, bu dərdimə dərman edərsən, vəqtidir,Mən fəqirə lütf ilə ehsan edərsən, vəqtidir.

Növbahar oldu, gözüm istər cəmalın görməyə,Əzm edib gülşən saru, seyran edərsən, vəqtidir.

Çox zamandır qönçətək bağrımnı pürxun eylədin,Ləblərini gül təki xəndan edərsən, vəqtidir.

Zülməti-hicrin fəraqın çəkmişəm, dövranda çox,Vəslini bu könlümə mehman edərsən, vəqtidir.

Макта — последний бейт с тахаллусом поэта. Xeyli vəqtdir kim, Xətai zülməti-hicran çəkir,Ləblərini çeşmeyi-heyvan edərsən, vəqtidir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке