Qızılgül, bağü bustanım, nə dersən,Fəda olsun sənə canım, nə dersən?

Qərarü səbrü aramım tükəndi,Kəsildi küllü fərmanım, nə dersən?

Hamunun küfr ilə imanı vardır.Mənim küfr ilə imanım, nə dersən?

Əgər yatsam min il torpaq içində,Dürüstdür əhdü peymanım, nə dersən?

Макта — последний бейт с тахаллусом поэта. Xətayi can ilə çün səni sevdi,Sevən ölsünmü, sultanım, nə dersən?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви