Yarın gərdəninə qolum salanda,Zülfə dolaşdığı yadıma düşdü.İstədim ki, əl uzadam qoynuna,Düyməsin açdığı yadıma düşdü.

Sallanıb gələndə, dərdin biləndə,Əl-ələ çalanda, gəh-gəh güləndə,Əyləşib qalanda, pünhan olanda,Deyib danışdığı yadıma düşdü.

Aynasın quranda, ziynət verəndə,Zülfünü buranda, telin hörəndə,Qoynuma girəndə, qolun görəndə,Həsrət sarışdığı yadıma düşdü.

Kirpiyin qaxanda, cana çaxanda,Həmayil taxanda, ənbər qoxanda,Seyrağıb baxanda, evim yıxanda,Kənardan keçdiyi yadıma düşdü.

Bi-mürvət əlində, yarın əlində,Pərişan halında, çeşmim selindəHüseynin könlündə, əzbər dilində,Yanıb alışdığı yadıma düşdü.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви