Şəha, ol zülfi-müşkinin nə ziba çinn-pürçindirKi, hər bir tari ol zülfin bəhayi-Çinü Maçindir.

Xətindir ayəti-rəhman ki, həqdən münzəl olmuşdur,Ona derlər kim, ol sünbül səvadi-nafeyi-çindir.

Tükəndi Yusif əyyami, sənin dövrani-hüsnündən,Xəbər ver xublar içində, yalandır bu xəbər çindir?

Şikari aşikar eylər, gözün bu bazi-şəhbazi,Könüllər seydinə yarın gözü şahanə laçındır.

Güli-sirab hüsnində nə nisbət ol siyəh xalın,Bu rəna bəqqeyi-hindu gülüstan içrə gülçindir,

Макта — последний бейт с тахаллусом поэта. Xətai ta onu gördü, özündən əl yudu gülli,Onun çəngali-çəngindən şikar olmuş göyərçindir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви