Eylədim bünyad əvvəl bəndə əz nami-xuda,Ol yaratmış sərvəri-mərdan Əliyyül-Mürtəza.

Aciz olma ey könül, münkir gərəkməz əhli-dil,Həqtəala buyruğudur mur əlində əjdaha.

Eylə sultandır ki, yoxdur mislü həm həmta ona,Buyruğundan kim, onun çıxmaz şəhü mirü gəda.

Kim ki, həqqə münkir oldu qoy cəzasıdır onun,Zərrəcə rəhm etməgil sən ta kim, ol halın duya.

Макта — последний бейт с тахаллусом поэта. İt rəqiblər tənə edərsə Xətai, həqqə sal,Olma qəmgin kim, sana qıldığını həqdən tapa.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Хвалебные