Öyrənmiş
Şəfa bəxş dəmin ol Həzrəti İsadan ögrənmiş,Həyatı cavidanı ləblərin Xizrindən ögrənmiş.Gəhi xoş xəndə eylər bəzm ara minadan ögrənmiş,Səvadi-kakilin təhrin şəbi-yəldadən ögrənmiş,Cəbbinin tərtöv əfkəin yədi-bizadan ögrənmiş.
Qalub əyyami-sabiq qəmzeyi-xunrizdən qanun,Müdami məcruih edər eşq əhlini bağrın, qılar purxunDili-sədparəni əşqilə çeşmidən edər Ceyhun.İçibdir cəmi-məxmuri, edər aşiqlər əfsunBu dəvi çeşmi-məstan nərgisi-şəhladən ögrənmiş.
Qaşın tağın görüb mehrabü minbərlər çəkər xəcalət.Buyindah nafeyi-cin müşkü-ənbərlər çəkər xəcalət.Siyəh zülfün qəmindən sünbüli-tərlər çəkər xəcalət,Görəndə qəddini sərvi-sənubərlər çəkər xəcalət.Bu rəftarı nihal qamətin tubadan ögrənmiş.
Xiyali-cami-vəslin çoxları məst eyləyib bibak,Görəndə sinəni hər sübhi-sadiq sinə eylər çak,Ruxundan infial eylər məhi-taban nohəflakRuxin rəxşəndəlik şəmsi-cahanaradən ögrənmiş.
Gəl, ey zahid, sən etmə Valehi divanəni məlzəm,Dügül təğyirə qail kim, təriqi-eşqədir möhkəm.Haçan olmuş cahanda eşq dərdi qabili-mərhəm,Sevəndə Leylini Məcnun, olanda dərdinə həmdəm,Cununluq rəsmini bu qafili-şeydadan ögrənmiş.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-valeh-oyrenmis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Aşıq SəmədFikrin-zikrin gəzir uca göyləri,
Aşıq Süleymanla aşıq Valehin deyişməsiNaxçıvanlı aşıq Süleyman iki nəfər şagirdi ilə, usta Səməd və Aşıq Valehlə deyişmək üçün Abdal-Gülablıya gəlirlər.Abdal kəndində zurna çalan Aşıq Bədələ qonaq olurlar, axşam el-camaət toplanır Aşıq Bədəlin damına. Aşıq Süleyman ayağa qalxır, şagirdləri ilə, gecədən keçincə çalıb-çağırırlar. Bir nəfər Aşıq Süleymana dövran yığmaq istəyirkən, Aşıq Süleyman deyir: – Cəmaət mən bura dövran yığmaq üçün gəlməmişəm. Eşitdiyimə görə bu kəndə Ustad Səməd və Aşıq Valeh var. Mən gəlmişəm onlar ilə meydan açam, deyişəm. Mümkündürsə, məni bu arzuma çatdırın. Aşıq Bədəl deyir: Aşıq Süleyman səni arzuna çatdırmaq müşkül işdir. Ona görə ki, Aşıq Valeh yaylağa toya gedib, Usta Səməd isə xəstədir.
Aşıq Valeh ilə aşıq Feyruzun deyişməsiTürkiyə Soltanlığında Feyruz adlı məşhur, ustad bir saz aşığı olur. Bir gün soltanın qonaqlıq məclisində Feyruzun çalıb-çağırması çox xoşa gəlir. Soltan deyir:– Aşıq Feyruz bugünkü məharətinə görə sənə nə versəm məndən razı qalarsan. Feyruz fürsəti fota verməyərək deyir: – Soltan sağ olsun 70 kəndin ağalığını mənə versən, ömür boyu sənə qul olaram. Bu ağır şərtdən yaxa qurtarmaq üçün Soltan deyir: – Aşıq Feyruz əlinə sənəd verəcəyəm, burdan keç Azərbaycana. Azərbaycanın hər mahalında meydan açıb, qalib gəlib, bağladığın ustadların sazlarını mahal ağasının sənədi ilə mənə təqdim etsən, sənə 70 kəndin ağalığını verərəm. Bu məqsəd ilə aşıq Feyruz Azərbaycanın bir neçə mahalında üstünlük əldə edəndən sonra Şuşa qalasına gəlir. Xanlıqdan əhvalatı aşıq Valehə çatdırırlar. O vaxt aşıq Valehin 80-dən yuxarı yaşı olur. Zərnigar və nəvələri Valehin bu meydana getməsinə razı olmurlar ki, qocalmısan indiyənə qədər qazandığın adını batıra bilərsən. Valeh deyir:
Aşıq Valehlə Məsum Əfəndinin deyişməsiMəsum ƏfəndiKəndinə laf edib, şairəm deyən,