Dolandım cahanı həsrət, intizar,Əli kimi şahsuvarım var mənim.Dilimdə kalami-həqqi-kirdigar,Açılıbdı, dürr bazarım var mənim.

Yusifi-Misridən eşqim ziyada,Nə Məcnun, nə Kərəm gəlmirmi yada?Yetim, Lələ, Sənan, cavan Fərhada,Onlardan istəkli yarım var mənim.

Bağban olan bağça-barın axtarır,Namüsü qeyrətin, arın axtarır.Səyyadı İmanın darın axtarır,Bu saatda yaxşı karım var mənim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви