Xəlq eyləyib, nitq veribİnsanı pərvərdigar;Göstəribdi doğru yolu,Ərkanı pərvərdigar.Hər nə tutsan dəftərindaCəm olunur, bil, yəqin;Çəkəçəkdi həm səvabı,Üsyanı pərvərdigar.

Neçə ki bu dünyamız var,O dünya da həqqdir;Cənnət var, cəhənnəm var,Bilmək olmaz, kim gedir.Hər kimsə ki yoldan azıb,Din-islamı tərk edir;Əməlinə baxıb, verərFərmanı pərvərdigar.

Nütfəsindən nöqsan olanHaçan haqdan ar elər?Öz-özünə böhtan deyibDanışmağı xoş bilər.Cəsəd gedər dar məzara,Əməl əldə cəm gələr;Özün saxla pənahındaİmanı, pərvərdigar!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов