Gərək
Kişi üçün əzəl gündənBaşda çox kamal gərək;Sərf etməyə doğru yolaƏsəldən zülal gərək.Həqiqətdən əxz eyləyə,Mərifətdən anlaya;Məhşər günü olmayacaqOna dövlət-mal gərək.
Kimi alar hökmranlıq,Ədalətdən danışar.Mərdin əli açıq olar,Səxavətdən danışar.Kimi məlul-müşgül gəzər,Şikayətdən danışar.Bu işlərə qərar qoyanHəyyi-layəzal gərək.
Mala, mülkə bel bağlayıb,Kiminin var həvəsi.Həcv eləyib yoxsulları,Tutma aç ilə bəhsi.Cəhənnəmdən betər olurBu dünyanın tənəsi.Qurulanda haqq divanı,Verə bir macal gərək.
Novrəs İman, cəfa çəkmə,Bu dünyadı bivəfa.Vaxt yetişsə, mələk əl-motBircə gəlməz insafa.Açıq söylə kəlmələrin,Sat mətahın sərrafa;Qədirbilən qiymət qoyubAla dalbadal gərək.
Kitabxana.az · https://kitabxana.az/ru/works/novres-iman-gerek
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Əmimoğlu, bu naməni unutma,Yaman artıb kef-damağı dağların.
Həsbi-halŞəxsimə aid bir bədbəxtliklə qara fikirlər edib, düşündüyüm zaman müğləq və qeyri-müəyyən əhvalımı təsvir üçün bilaixtiyar qələmə aldığım şu bir neçə bəndləri dərci-stuni-«Füyuzat» edərək, bir növ sakitləşmək arzusundayam. Çünki demişlər nəql etdikcə dərd azalar.Qaranlıqdır bana dünya.
Təbrizin qarətiGənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu
ÇaynaməTəalallah zəhi sani', zəhi təqdiri-yəzdani,Huvəllahulləzi la-misləhu, la-xaliqü-ş-şani