Ağlayan qayalar
Ağlayır yol üstə dilsiz qayalar,Damlaların yeri göz kimi çuxur.Çoxdanmı ağlayır, çoxmu ağlayarBiləni olmayıb, biləni yoxdur.
Yağan yağışları, selləri udur,Qayalar ağlayır, ağlayır yenə.Fikrimi daş kimi dağlar uçurdurÖtən əsrlərin dərələrinə.
Hardasa daş qopub yad ayağından, –İgidlər atlanıb dağlar aşıbdır.Kimisi qələbə kef-damağında,Kimisi ölümlə yaxalaşıbdır.
Bir xəbər diləyib çəndən-çisəkdən,Analar qovrulub yol qırağında.Ağlaya-ağlaya yol gözləməkdənAnalar daş olub yol qırağında.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-aglayan-qayalar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Heç bir mükafatın yetmədi mənə,Bircə «sağ olun» da bəsimdi, vətən!
Başdaşımı kim öpəcək son dəfə?Başdaşımı kim öpəcək son dəfə? –Bir sən, bir də Vətən küləkləri.
YaşadımÖz ömrümü şum elədi öz əlim,Yazında gül, payızında xəzəlim.
Ulama!Zülmət gecələrdə hürürsən, yetər!Hər daşı qurd-quldur görürsən, yetər!