Zülmət gecələrdə hürürsən, yetər!Hər daşı qurd-quldur görürsən, yetər!Bu aydın axşamdan nədir gileyin?Sümüyün bir qazan,Yalın bir ləyən.Köpəyin yanında: burnu söykəli...Yoxsa xəyalında bir it heykəli...Quyruq bulayanda adam kimisən,Ayaq gəmirəndə it qızı itsən.Həyətdə hürməkmi xoşuna gəlmir?Nə fərqi – yüksəkdə,Ya alçaqda hür?!İtlikdən çıxmazsan, ulama bir gün –Görək nə alırsan susmağın üçün.Hürməyin peşədir,Ulamağın yox,Ulama, qancıq!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов