Yaşat məni
Bu dünyada qurmaq çətin, yıxmaq asan,Bir təkanla dağ yıxılar, yıxan olsan.İpə dönnəm – əgər göyə çıxan olsan,Odun sönsə, qorun ollam,Yaşat məni!
Harayımı batırmağa səs alınca,Tərsi düzə cəm eləyib, tərs alınca.Mənə balta qıcıyandan dərs alınca,Baltan ollam, qolun ollam,Yaşat məni!
Əyri yoldan aylı yolun yaşı qədim,Üzüyündən üzüyünün qaşı qədim.Bilməm: eşqin yazı qədim, qışı qədim...Yazın olum, qarın olum,Yaşat məni.
Haqq – bir daşdır,Nahaqq – dərə, bir ağ dərə.Zülmətsevər yalquzağa qulaq dərə.Qara selin gurultusu qulaq dələr...Nahaqqa haqq qurum ollam,Yaşat məni.
Qar altında yaz gözləyən əkin kimi,Ədalətə heykəl yonsan, əklil kimi.Doğruya qan, şərə qalxan vəkil kimi,Gərək ollam,Qoru məni,Yaşat məni!
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-yasat-meni
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Allah, Allah, bu nə dünya, bu nə bəşər?!Gözgörəti insan yanır, insan ölür:
Qoluzorlulara nifrətim varBütün qoluzorlulara nifrətim var:Boylu olsun, alçaq olsun,
Sənə inanıramNə dona girsə də ilandır, ilan,Lənət ağına da, qarasına da.
Ad günüməHeç gün çatmaz bu gün mənim ad günümə,Nəvələrim gəlmişdilər ad günümə.
Стихи других поэтов
Sənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm
Təcnis: Çığrışıb çığrışıb ötən sonalarÇığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən
İranlılarŞurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!