Erdi qulağıma səhər çün hayü huyi-meykədə
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Erdi qulağıma səhər çün hayü huyi-meykədə,Dər xastəm, kərdəm səfər ma niz suye meykədə.
Rəftəm dər an meyxanəra, didəm bəsi divanəra,Hər dəm peyapey mikəşəd, əz xom səbuye meykədə.
Bir dəm təfərrüc eylədim, çün ol məqami-aliyi,Dərhal məst etmiş məni gördüm ki, buyi-meykədə.
Piri-muğanın yüzünə tuş oldu ol dəm gözlərim,Dedim: nədir rahi-nicat, ey abi-ruyi-meykədə.
Qıldı nəzər çün halimə, bir dolu sundu əlimə,Dedi təbəssüm edərək: künci-kədüyi meykədə.
Ol cami çün nuş eylədim, bu əqli sərxoş eylədim,Görüb təəccüb eylədi cümlə əhli-kuyi-meykədə.
Sən məntiqin dərsin mənə söyləmə, ey müfti, dəxi,Hər müşkili təhqiq edər, çün güftü guyi-meykədə.
Şol Kəbəyi təzvir ilə, ey arizu edən kişi,Olmaq dilərsən can əmin, et arizuyi-meykədə.
De Ruhi-Qüdsi bülbülə, taki edə hərdəm ğülğül,Xamuş etməkdir müdam, gördün ki, xuyi-meykədə.
Etgil təharət, ey fəqih, qüsl eyləgil pakü lətif,Xoş bu rəvan sovidürür çünki abi-cuyi-meykədə.
Təblü ələm meyxanəyə çək, gəl səhər dur şahvar,Gördüm ki, çün eylər xuruş sümayi-nayi-meykədə.
Макта — последний бейт с тахаллусом поэта. Məndən eşit doğru xəbər, edəm sənə söz müxtəsər,Sən, ey Həbibi, dur səhər, et cüstücuyi-meykədə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/habibi-erdi-qulagima-seher-cun-hayu-huyi-meykede
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Şu kafər çeşmi gördüm İstefadə,Ülumi andan etdim istifadə.
Bir dəm salınsa çün ol sərvi-rəvan çəməndəBir dəm salınsa çün ol sərvi-rəvan çəməndə,Gözüm edər həzaran abi-rəvan çəməndə.
Dur səhər, ey saqiyi-can, bir qədəh mey sun bizəDur səhər, ey saqiyi-can, bir qədəh mey sun bizə,Gözlərin çünkim yedirdi, sehr edib, əfyun bizə.
Dur uru, ey saqiyi-məhru bizəDur uru, ey saqiyi-məhru bizə,Sun bərü bir qaç qədəh vinu bizə.
Стихи других поэтов · О вине
Müddətdir düşmüşəm mən intizara,Bircə söylə görüm Minayəsənmi?
Könlüm elə pünhandır, keysulər arasındaKönlüm elə pünhandır, keysulər arasında,Şanə gəzibən tapmaz yüz mulər arasında.
Bu gecəDöndü murad üzrə fələkDövran bizimdir bu gecə
Hər kim ki, hicri-yar ilə düşsə dimağdənHər kim ki, hicri-yar ilə düşsə dimağdən,Heç açılırmı könlü onun seyri-bağdən?