Hər şeydən yazanda heç nə yazmıram,Heç nədən yazıram daha pərgarı.Bir otaq küncündə domuşan ilhamQalxan eləməyə kötük axtarır.

Baxıram, nə hamar, nə düzdü masam –Bir çay yatağına bənzətmək olar;Bir az da deyirəm, insafa qalsa,Kəhkəşan tağına bənzətmək olar.

Arabir göy olur futbol meydanı,Mərkəz hücumçusu Ay ola bəlkə.Asaram döşünə qızıl medalı,Öz qızıl nurunu başıma tökər.

Ulduzlar azarkeş tamaşaçılar,Ulduzlar qol-boyun verər səs-səsə.Bəxtimin qapısı göyə açılar,Yerdə sevilməsəm,Yeri sevməsəm.

Burnumun ucuna söykənir qələm,Əkindən-biçindən, elatdan uzaq.Təkcə mən deyiləm, mövzu dilənən,Hamilik eləyən aya, ulduza.

Belə yazıların çoxusu qaşqa,Eynicə alaca, ya da ekiztay.Meşə cığırında iki qarışqaGöstər – bənzər olsun,Göstərdin, ay-hay!..

Hər şeydən yazanda heç nə yazmıram,Dəvə dəllək olur,Ayı pinəçi.Mən ki nağıllara qulaq asmıram,Canavar aşbazdı,Bəs dovşan nəçi?..Bu ki nağıl oldu,Soruşma, qağa,Gedirəm dovşana çul axtarmağa...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов