Salam, a gədiklər, salam, a dağlar!Yenə boynunuzu qucmaq istərəm.Alıb küləyini qoluma, dağlar,Zirvədən-zirvəyə uçmaq istərəm.

Çoxdandır sürmürəm ayaq gəmimi,Dərəyə susuzam, zirvəyə acam.Batırıb buluda daş qələmimiYağışlı bir nəğmə yazım yamaca!..

Sonra da oxuyum, səsimi yazsınQaya sinəsinə mətin qayalar.Torpaq nəğməsinə qoy qulaq assınTorpaqda ən möhkəm bitən qayalar.

Zirvəyə qalxdıqca adamı sankiGünəş yuyundurur nur damarında.Azacıq uyudur, ətirli, sakit,Sərin dağ mehinin qanadlarında.

Görünər zirvələr bərabərindəAğıllar mayakı ağıl zirvələr.Görünər zirvələr bərabərindəBuluddöş dastanlar, nağıl zirvələr.

Salam, a zirvələr, salam, a dağlar!Yenə bir qayada göyərdin məni.Salam, a zirvələr, salam, a dağlarYenə bir nəğməlik köyrəldin məni...

İyun, 1970

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе