Elə ki, əlimi qoydum yəhərə,Kəhər öz yerində oynardı həmən.Sıxıb ayağımı üzəngilərəAtın cilovunu yığardım ha mən.

Mən yola çıxsam da dördqanadlıtəkBabalardan qalma bir adət idi: –Özündən böyükdən qabağa keçməkƏdəb qaydasında qəbahət idi.

Bəzən sığışmazdı at yüyəninə,Tozanaq salardı qasırğa kimi.Fəqət qulağımdan atamın yenəSəsi asılardı bir sırğa kimi.

«Dedim, böyükləri keçmə qabağa.Qabaqkı təpikcil atlara da bax!»Yazıq kəhərimi qulaq qırpmağaQoymazdım qabaqkı atlardan qabaq.

Mənim baş aparan şair ilhamımQəzəblər, cilovlar görəndən bəri.Qınaya bilmirəm qoca atamı,Unuda bilmirəm, yazıq kəhəri.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов