Çeşmin ki alır naz ilə can, işvəni neylər?
Çeşmin ki alır naz ilə can, işvəni neylər?Müjganın oxundan yıxılan şivəni neylər?
Sərvi-çəmənə qamətin iftadəsi baxmaz,Möhtacı tamaşayi-rüxün gülşəni neylər?
Gəl cövr elə, mən yalvarım həqqə, sən inanma,Tanrım görək axır, səni neylər, məni neylər?
Dəfn eyləmə, olsam səri-kuyində şəhidin,Üryan gəzən aşiq kəfəni, mədfəni neylər?
Canı, təni nəzr eyləmişəm rahi-vəfadə,Yarın sevən aşiq dəxi canı, təni neylər?
Qəm pirəhənin seyli-sirişk içrə buraxdım,Girdabdə qərq olsa gəmi, yelkəni neylər?
Öz dostu ki min cövr elədi Vahidə, getdi,Qıl indi təsəvvür, ona gör düşməni neylər?
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-cesmin-ki-alir-naz-ile-can-isveni-neyler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sənsiz yerim behişt ola, qəmxanədir mənə,Kim aşina deyil sənə, biganədir mənə.
Ey vətən övladı, bir an vermə fürsət düşmənə!Ey vətən övladı, bir an vermə fürsət düşmənə!Qəhrəman zərbənlə göstər dərsi-ibrət düşmənə.
Nədən yaraşmadım, ey yari-mahiparə, sənəNədən yaraşmadım, ey yari-mahiparə, sənəKi, bəlkə, xəlvəti əğyar edib işarə sənə?
Canan, nə etmişəm, belə biganəyəm sənə?Canan, nə etmişəm, belə biganəyəm sənə?Məcnun olan da mən evi viranəyəm sənə!