Qaşların tiği, gülüm, almaq üçün can istər,Tökməyə dəhrdə nahaq yerə min qan istər.

Gözün istər günümü qarə edə şamü səhər,Daima göz yaşımı təşneyi-ümman istər.

Tapşır əbrulərinə, rəhm eləsin aşiqinə,Nədən üşşaqlərin könlünü büryan istər?

Dolanır mürği-könül gəşt eləyir kuyində,Səri-zülfündə sənin bənddir o, zindan istər.

O qara zülfünün az çəkməmişəm həsrətini,Mübtəla könlümü hər ləhzə pərişan istər.

Nə olar, çox da gözəlsən, özün insaf eylə,Hansı gül aşiqini sən kimi nalan istər?

Hər baxanda, gözəlim, incimə gül ləblərinə,Bülbülün adətidir, qönçəni xəndan istər.

Bilməmişlər dəhənin sirrin hələ indiyəcən,Kəşf qılmaq bu müəmmanı çox imkan istər.

Nüktə bilsin – o adamlıq ham zahidlərdə,Ləli-ləbin var ikən, çeşmeyi-heyvan istər.

Vahidi cazibeyi-eşqin edibdir Məcnun,Yoxsa divanəliyi hansı bir insan istər?!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви