Keçsəydi xoş günüm gər o zülfi-siyah ilə
Keçsəydi xoş günüm gər o zülfi-siyah ilə,Hərgiz şikayət etməz idim suzi-ah ilə.
Ahu baxışlı gözlərinin mübtəlasiyəm,Çox baxma, sevgilim, mənə süzgün nigah ilə.
Ruyin yanında zərrəcə gəlməz xəyala gün,Müşkül, gəda bərabər ola padişah ilə.
Zahid sözüylə, yaxşı ki, mey tərkin etmədim,Bəsdir səvabım eşqdə bir bu günah ilə.
Bilməz cəmalını məhü xurşidə bənzədən,Çoxdur təfavütün, gözəlim, mehrü mah ilə.
Mehrabi istəyərmi sevən kəc hilalini,Daşda nə zövq var, bir ola qibləgah ilə?
Zülfün düşəndə ruyinə, artar məlahətin,Gül bağlananda qiyməti artar giyah ilə.
Nəyyirlə çox mübahisə oldu bu şerdə,Vahid, qalıb bu məsələmiz iştibah ilə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-kecseydi-xos-gunum-ger-o-zulfi-siyah-ile
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Vermə ölmək xəbərin xalqa yalandan, özün öl!Ölməyib sağdır o sən sevməyən insan, özün öl!
Al qələmə“Yoxdur eybim, – desə hər kim, – məni tənqid eləmə”,Baxma, bic tülküdür, ay Kirpi dayı, al qələmə.
Cibişdan ayıGəldi çün-mahi-məhərrəm, bu müsəlman ayıdır,Müftəxor mollaların hər gecə ehsan ayıdır.
Yenə təsir eləmir...Sirkdə çox tərbiyəni verir bil insan ayıya,Yenə təsir eləmir molla Məhərrəm dayıya!
Стихи других поэтов · О любви
Ey ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
ÖldürdüMəni bir qələm qaşlınınNazı öldürdü-öldurdü.
Ay gözəl-gözəlYer var ki, yol düşüb, karvan işləməz,Dost dərməz güllərin, ay gözəl-gözəl.
Ey bala, ey quzu, ey şux məmə, qurban gözünəEy bala, ey quzu, ey şux məmə, qurban gözünə,Olürəm, bir belə qoyma nəmə, qurban gözünə.