“Yoxdur eybim, – desə hər kim, – məni tənqid eləmə”,Baxma, bic tülküdür, ay Kirpi dayı, al qələmə.

Bəzi aşxananı tənqid elə əvvəl başdan,Elə sanc iynələrin ox kimi keçsin daşdan.Müştəri razı qala istəsə aşpaz aşdan –Qatmasın yarma ilə kartofu o şor kələmə,Kim ki, tənqidinə layiqdir, onu al qələmə.

Yeni çayxanalar olmuş mədəniyyət ocağı,Yuyulub nəlbəki-iskan, silinib qab-qacağı,Gül-çiçəklə bəzənib hər tərəfi, hər bucağı...Kül tökür güldana leyk bir para əhli-zələmə,Kim ki, tənqidinə layiqdir, onu al qələmə.

Hər səhər süd satan arvadları çək imtahana,Pul verir müştəri, “izdaç” da qayıtmır bu yana.Qaynayan vaxtda o süd diqqətilə bax qazana,Gahi pendir suyudur, gahi qatıq, gah dələmə,Kim ki, tənqidinə layiqdir, onu al qələmə.

Cibkəsənlər, görünür indi yanar bir od olub,Mollalar tək buların da bazarı lap xod olub,“Paçkabasmaq” azalıb, palto aparmaq mod olub...Gec-tez axır bu siçanlar düşəcəklər tələmə,Kim ki, tənqidinə layiqdir, onu al qələmə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира