Özün öl!
Vermə ölmək xəbərin xalqa yalandan, özün öl!Ölməyib sağdır o sən sevməyən insan, özün öl!
Şaiyə yaymaq ilə hörmətin artmaz, bunu bil!Qəlbi bədniyyət olan məqsədə çatmaz, bunu bil!Hər cür uydurma, yalan kimsəyə batmaz, bunu bil!Pak qılammaz belə murdarlığı ümman, özün öl!
Sevinirsən yenə qarşında orucluq ayı var,Qurduğun felə uyan bəzi müsəlman dayı var,Hələ molla-seyidin iftar-obaşdan payı var,Dolacaq boşqabına sirkə-badımcan, özün öl!
Gah olursan bibiheybətli, gahı maştağalı,Yoxsa ehsanda bu il az yemisən şorqoğalı?Ya burax mollalığı, get toya çaldır qavalı,Söylə dost-aşnaya meyxanada hədyan, özün öl!
Varlı ehsanına getsən kök olar onda dəmin,Kasıba getməyəcəksən, gər ola doğma əmin,Vay o mərhuma ki, lap az ola həqqül-qədəmin,Deyinirsən ki, ölüb kənddə lüt-üryan, özün öl!
Xalqa can sağlığı istə, bir utan, bax yaşına,Çox hərissən, bilirik, müftəcə ehsan aşına.Bədniyabətliyin, axır gələcək öz başına,Durmusan növbəyə əvvəlcə bu başdan, özün öl!
İndiki nəsil, inan, köhnəni qatmaz təzəyə,El gərək heykəli-mənhusunu hər rəng bəzəyə,Qoyacaq ibrət üçün nəhs vücudun muzeyə,Deyəcək cəmdəyinə “saxta rövzəxan”, özün öl!O zaman qaçmağa olmaz sənə imkan, özün öl!
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-ozun-ol
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Məclisi-əğyardə gördüm ki, dün yar əyləşib,Sanki əqrəb bürcünə ol mahi-məhvar əyləşib.
Kim der ki, ləli-nabinə kövsər deyilməyib?Kim der ki, ləli-nabinə kövsər deyilməyib?Mehri-cəmalına məhi-ənvər deyilməyib?
Dedi ol yar mənə: dəftərimiz evdə qalıbDedi ol yar mənə: dəftərimiz evdə qalıb,Eşqə dair yazılan sözlərimiz evdə qalıb.
Könlüm kimi, o zülfə yenə şanə bağlanıbKönlüm kimi, o zülfə yenə şanə bağlanıb,Can riştəsi o zülfi-pərişanə bağlanıb.
Стихи других поэтов · О родине
Əshabına bir gün dedi Loğmani-həqiqət:Etdi məni hübbülvətənim mətleyi-hikmət.
QaldımYanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım
AğlasinYaşılbaş sonalar ötər göllərdə,Qırıldı qanadım qaldım çöllərdə,
GilliDərya kimi çalxalanıb daşırsan,Salırsan Göyçəyə qalmaqal, Gilli.