Var elə oğlan ki...
Kirpi dayı, hər dəfə keçməz belə,Öz gələcək günlərini fikr elə,Jurnala az yaz, bizi tənqid elə.Biz demirik, tənqidin irad deyil,Ya bizə təsir eyləyən zad deyil.
Var elə “oğlan” yetişib qırx beşə,İndiyəcən kəsb eləmir bir peşə,Müftə yeyir, getməyir tənbəl işə,Sənətə, elmə əyilən zad deyil,Tərbiyəsizdir, qanan övlad deyil.
Bir neçəsin danlayıram, – Ay bala,Budkada telfonları az qurdala.Pul salıram, bir də qayıtmır dala,Avtomata, sən demə, bir zad deyil,Ya onu icad edən ustad deyil.
İndi nəzakətdən açaq söhbəti,Bəzi cavanlardan edək qeybəti,Eyləməyirlər qocaya hörməti.Ədəb və hörmət ki ayıb, zad deyil,Şəninə layiqsiz olan ad deyil.
Bax qocadan nifrət edən oğlana,Gördü məni, tutdu üzün tez yana.Açdı tramvayda qiraətxana.Guya ki, o, elmi sevir, yad deyil,Yaxşı görür gözləri, kor-zad deyil.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-var-ele-oglan-ki
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gülsə hər kimsə bizim dideyi-giryanımıza.Düşsün aləmdə, görüm, hali-pərişanımıza.
Qılmış ol məhvəş üzünə zülfi-purçinin niqabQılmış ol məhvəş üzünə zülfi-purçinin niqab,Çöhreyi-xurşidi guya göydə basmışdır səhab.
Ta ki yetdi ləbi-ləlinə nigarın meyi-nabTa ki yetdi ləbi-ləlinə nigarın meyi-nab,Rəngidən bağrını qan eylədi cam içrə şərab.
Pərtov almış mehr ruyindən göy üzrə mahitabPərtov almış mehr ruyindən göy üzrə mahitab,Ol səbəb pürnur olub, üzdən götürmüşdür niqab.
Стихи других поэтов · О мудрости
Fikr eylərəm, didəm dolur yaş ilən,Mən olmuşam bəxti qarə ağlaram,
Bəh, bəh bu dilbərin nə əcəb xoş məqalı varBəh, bəh bu dilbərin nə əcəb xoş məqalı var!Gülgün cəmalı üzrə gözəl xəttü-xalı var!
Ata millət, ana millət, ağlamaPəncərəni külək döyüb ağlasa,Eyvanına quşlar qonub ağlasa,
Gülü məndən alıncaAy ariflər, bir tərlanım uçubdur,Sağ əlimdən sol əlimə alınca.