Tənqidimiz Sabiranədir
Tənqidə eşqi var, qələmim mahiranədir,Hər söz ki yazdı, baməzədir, Sabiranədir!
Baxmaz yalançı nasirə, ya lovğa şairə,Sevməz vəzifə, rütbə, yalaqlıq, nə xatirə.Qorxmaz çıxardar eybini kim olsa zahirə,Şerə yamaq vuranlara bir taziyanədir,Tənqidimiz bu kimsələrə Sabiranədir!
Var bəzi şair, indi də əşara nabələd,Fərq etsə də əruzu hecadan qələt-qələt,Hər yerdə göstərər özünü “əhli-mərifət”.Bu “təb” ilə sanır ki, “ədibi-zamanə”dir,Tənqidimiz bu kimsələrə Sabiranədir!
Var bəziləri ki, düz yaza bilmir öz adını,Bir şer söyləyəndə qırır qol-qanadını,Diplomda “ali” zənn eləyirsə savadını,Əslində bunlar elmü sənətdə miyanədir,Tənqidimiz bu kimsələrə Sabiranədir!
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-tenqidimiz-sabiranedir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Salıbdır əbrtək zülfün o məh ruxsarinə sayə,Səbəb oldur ki, qaranlıq çökübdür səthi-dünyayə.
Sevgilim, əksin düşüb peymanədən-peymanəyəSevgilim, əksin düşüb peymanədən-peymanəyə,Artırıbdır zövqümü meyxanədən-meyxanəyə.
Yar eşitdim, edəcəkdir səfər, inşaallahYar eşitdim, edəcəkdir səfər, inşaallah,Görüm, olsun səfəri bixətər, inşaallah.
Gülün fədası olan bülbülün nəvasına baxGülün fədası olan bülbülün nəvasına bax,Üzari-yarı sevən aşiqin səfasına bax!
Стихи других поэтов · Сатира
Olmuşdur Iran,Qaynar bir qazan.
«Molla Nəsrəddin» yazıçılarından «Çiri Məsmə»yə cavabBakıda tazə çıxıb bir Ətağa, Məsmə bacı!Təri, çirki, nəfəsi dərdə dəva, Məsmə bacı!
Lisan bəlasıEy dil, dəxi dinmə və sükut et, səni tari,Lal ol və danışma.
Deyim, deməyim?!Yenə dərdim təzələndi, “Kəlniyət!”Gözlərimə kül ələndi, “Kəlniyət!”