Bəsdir bu fırıldaqların, ay bədyəxan oğlan,Son ver bu həyasızlığa, bir yol utan, oğlan!

Aç bir gözünü, əsri düşün, gör nə zamandır,Keçmişki deyil, indikilər dövrü qanandır.Sən də başını elmlə, sənətlə dolandır,Ey məsləki pul düşkünü, abrın satan oğlan,Bəsdir bu fırıldaqların, ay bədyəxan oğlan!

Keçmişləri mövhum ilə kimlər bürümüşlər?Din noxtasına bağlayıb hər yan sürümüşlər.Onlardan əsər qalmayıb, indi çürümüşlər.Elm ilə ayılmış o min ildən yatan, oğlan,Bəsdir bu fırıldaqların, ay bədyəxan oğlan!

Peykim dolaşır göyləri bir nurlu qəmər tək,Tutmuş Günəşin dairəsin canlı kəmər tək,Zülmət gecənin sirri işıqlandı səhər tək.Ecazına peykin baş əyir kəhkəşan, oğlan,Bəsdir bu fırıldaqların, ay bədyəxan oğlan!

Dərvişliyə var puldan ötrür meylin əgərçi,Yalvarma, inanmaz sənə bir fəhlə, əkinçi,Boş gəzmə, bir iş tap özünə, olma dilənçi,Ver arxanı bir zəhmətə, rahət dolan, oğlan,Bəsdir bu fırıldaqların, ay bədyəxan oğlan!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира