Zəhləm gedir, ay Kirpi, qaranlıq gecələrdən,Gəl bir gecə keç sən də bu bərbad küçələrdən.

Azdır, demə çirkin küçə, saysan yüzəcəndir,Lap raysovetin olduğu yerdən bizəcəndir.Yağmurda bizim məhlədə palçıq dizəcəndir,Gəl bir nəzər et, burdakı çirkab, selə qardaş!Çəkdir bu yerin şəklini, tənqid elə, qardaş!

Pul sərf eləyirlər, düzü zəhmət də çəkirlər,Asfalt küçənin üstünə asfaltı tökürlər,Bir həftə keçir, bir də görürsən ki, sökürlər,Vardır küçələr heç qəti asfaltı da yoxdur,Saymaq nə gərəkdir, belə faktlar hələ çoxdur.

Göyçək Bakı tənqid oluna, indi nahaqdır,Hərgiz demək olmaz, mədəniyyətdən uzaqdır,Düzdür, yuxarı məhlələri köhnəsayaqdır,Tezliklə bu nöqsanlara tədbir edən olsa,Bərbad küçə qalmaz, onu təmir edən olsa!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира