Ağlaşma ("Nə rəvadır əğniyalər baxa ac qalanə, ya rəb!")
Nə rəvadır əğniyalər baxa ac qalanə, ya rəb!Bu nə söz ki, ac qalanə oluna ianə, ya rəb!Çıxa canı ac qalanın gözünün bəbəklərindən,Gedib işləsin, qazansın əlinin əməklərindən,Nədir əğniyayə xeyri oların yeməklərindən?Yeməyib acından ölsə, dəxi xoş bəhanə, ya rəb!Mənə boylə-boylə işdə deməyin söz, ey cəmaət!Nəyimə gərək ki, yeksər qırılıb ölür də millət?Yaradan xudayi-raziq edəcək özü kəfalət,Nə rəva baxam fəqirə, ürəyim bulanə, ya rəb!Bu qəzetçilər deyilmi ki, salıb bizi bəlayə?Elə bir iş olmamış hey verilir səda-sədayə –Ki, gərək kömək olunsun füqərayi-binəvayə...Elə puldu göndərilsin o yanə-bu yanə, ya rəb!Sənə nə, evin yıxılsın, füqəra üçün yanırsan?Atan oğlu qardaşındır, nə də hiç1 bir tanırsan?!İki gözlərimdi pulum, kişi, bir məgər qanırsan!?Onu vermək olmur axır hər ölən-qalanə, ya rəb!Füqəralər əğniyanın tanısın neçin yaxasın?Əgər acdı qarnı, satsın papağın, çulun-çuxasın;Edər əğniya də başqa işə dair öz səxasın,Məgər azdı bəzlü bəxşi filanə, filanə, ya rəb!Elə hey qəzet yazırsan, kişi, bircə mətləb anna!Əməlin gör əğniyanın, yeri varsa, sonra danna!Pulunu fəqirə versin, bəs acından ölsün Anna?O məgər ki, Xansənəmdir, qapılar dolanə, ya rəb?!
Зачем я должен сострадать и подавать ему, господь?Зачем я должен помогать и потакать ему, господь!Босой? Голодный? Поделом несет терновый свой венец!Что, он не может прокормить себя, как пахарь или жнец?Какая польза богачам, что он оттянет свой конец?Да если он умрет скорей, ему же выгодней, господь!О голодающих скорбеть, скажу открыто наперед,Я не намерен. Нет и нет! Пускай хоть вымрет весь народ!..Создатель сам поможет им, коль в этом надобность найдет.А мне, признаться, видеть их противно-муторно, господь!А всё газетчики виной: чуть что - они уж тут как тут,На всю губернию кричат, статьи аршинные пекут -Мол, помогите беднякам! Не дай бог бедные умрут!Зазря карман опустошать - да это ж просто смех, господь!Ты что, скажи, сошел с ума? Ты так стоять за нищих рад,Что, можно думать, среди них скулит твой сват иль даже брат.Ведь деньги мне дороже глаз! Дороже всех земных наград!Нельзя же их совать в ладонь любому встречному, господь!Бедняк к богатым знает путь - за подаяньем лезть горазд!Ишь, попрошайничать привык! Коль брюхо пусто, пусть продастЧоху свою, и шапку, и недавно сотканный палас.Да разве мало мне кому подарки надо слать, господь!Ты всё газету мне в глаза свою ничтожную суешь,А суть увидеть не спешишь, а дело толком не поймешь:Ну, дам я деньги беднякам, а без копейки Анна что ж?Ведь Анна-то не Хансенем, чтоб попрошайничать, господь!
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-aglasma-ne-revadir-egniyaler-baxa-ac-qalane-ya-reb
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dün cəhənnəm vəsfini zahiddən eylərdim sual,Cənnəti ağzın açıb etdi mənə vəsfi-sifat;
Kürd çaldıqca boru çingənə oynar, derlərKürd çaldıqca boru çingənə oynar, derlər, –Bir məsəldir ki, demiş Türkiyə iz’anlıları.
Yıldırımlar yağsa göydən titrəməz ruhum mənimYıldırımlar yağsa göydən, titrəməz ruhum mənim,Dağlar atəş püskürərsə kargir olmaz bana;
Bizi aldatma, xacə, hər sözünəЭй, не лги нам, приятель, и вздор не мели!Сам себя наставляй, сам себе и внемли!
Стихи других поэтов · Сатира
Səndən, ay Kirpi dayı, var yeni bir xahişimizSən əgər mərhəmət etsən, düzələr hər işimiz.
Nakam şairO qədər yazdı ki, dəftərlərə, əldən düşdü,Çox özündən dedi, “mən”, “mən” dedi, dildən düşdü.
Qələm arqadaşım KefsizəGəlesən, dilbir edib xəlqə mətəl yazmıyalım,Tapalım kandimize başqa əməl, yazmıyalım.
Ədəbiyyat (“Kəlniyət!” Ey dərdimizin dərmanı”)“Kəlniyət!” Ey dərdimizin dərmanı,Dinlə, sözüm çox da deyil tulanı,