Ehsanlarımız
Səndən, ay Kirpi dayı, var yeni bir xahişimizSən əgər mərhəmət etsən, düzələr hər işimiz.
Yaz bu elanımı bilsin cavan oğlanlarımız,Təzədən eşqə düşüb köhnə müsəlmanlarımız.İndi var keçmişə nisbət gözəl ehsanlarımız,Nə qədər mollamız artıb, nə qədər dərvişimiz,Sən əgər mərhəmət etsən, düzələr hər işimiz.
Hərə almış əlinə bir dənə yasin, çərəkə,Oxuyur şuri-plovla səsi qalxıb fələkə.Ölənin ruhunu cənnətdə qoşurlar mələkə,Olmamışdır bu şərafətdə bizim keçmişimiz,Sən əgər mərhəmət etsən, düzələr hər işimiz.
Yenilikdən danışırsan, görürük bir parası,Özünün bir tikə yoxdur yeniliklə arası,Eləmişdir Bakını mərsiyəxan fabrikası,Bəllidir, məncə, bu gün hər kəsə əzvayişimiz,Sən əgər mərhəmət etsən, düzələr hər işimiz.
Baxıb indi görürük bir neçə dümbək vuranı,Üləmadan sayılır, şəhrin olub rövzəxanı,Aldadır xalqı, beş-on xətt edib əzbər Quranı,Buna da razı deyildir yüzə bir yetmişimiz,Sən əgər mərhəmət etsən, düzələr hər işimiz.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-ehsanlarimiz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bülbül gülü sevirsə də, gül xarə yar olur,İstəklin əhli-hüsn ola, bietibar olur.
Qiyamə gəlsə qəddin, həşrdən əlamət olurQiyamə gəlsə qəddin, həşrdən əlamət olur,Zəmanə əhli dəyər bir-birə, qiyamət olur.
Aparır ayə fələk mehri-cəmalından nurAparır ayə fələk mehri-cəmalından nur,Bədnəzərlər nəzərindən eləsin həq səni dur!
Zülm eyləmək eşq əhlinə, cana, nə üçündür?Zülm eyləmək eşq əhlinə, cana, nə üçündür?Aşiq ki, verir canını – cananə üçündür.
Стихи других поэтов · Сатира
Səsi artdıqca əza günləri fəryadımızın,Sayı cənnətdə çoxalmaqdadır arvadımızın:
MürəbbeAnın üçün uymaz qeyriyə könlüm,Bir əcəb molladır mənim sevdiyim,
Qələm arqadaşım KefsizəGəlesən, dilbir edib xəlqə mətəl yazmıyalım,Tapalım kandimize başqa əməl, yazmıyalım.
DemərəmMən vətənsizlərə ömrüm boyu insan demərəm,Özümə hörmət üçün qanmaza, gəl qan, demərəm.