Aparır ayə fələk mehri-cəmalından nur,Bədnəzərlər nəzərindən eləsin həq səni dur!

Xət gəlib arizi-cananı tutub sərtasər,Sanasan, mülki-Süleymanı tutub ləşkəri-mur.

Küfr zülfün görüb, imanə gəlir kafirlər,Çahi-zülmətdən o xurşidliqa qılsa zühur.

Yetər, ey mahi-təmamim, sənə nöqsan, həzər et,Olma, gəl qəlbiqara kəslərə hər bəzmdə cur!

Tari-keysulərini tökdü, nigarim, üzünə,Könlümün telləri tərpəndi necə naleyi-Şur.

Mənə, ey zahid, əgər verməsələr sevgilimi,Nə gərəkdir mənə cənnətdəki qılman ilə hur?!

Bağlamışdır məni, Vahid, o pəri zülfü ilə,İndi bildim ki, necə darə çəkilmiş Mənsur!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви