İndi ölənin, Kirpi dayı, hörməti yoxdur,Ehsansız olan məclisin heç ləzzəti yoxdur.

Keçmişki gözəl adətimiz tərk olub indi,Molla, seyidin hörməti onda birə-mindi.Lap indikilər mollaların boynuna mindi,Şərən bu biabırçılığın nisbəti yoxdur,Ehsansız olan məclisin heç ləzzəti yoxdur.

Ehsan ölünün ruhu üçün bir yaraşıqdır,Yüzlərlə ona müftə yeyən molla aşıqdır,Çoxdur eləsi saqqalı yağdan bulaşıqdır,Tərpənməyə heyvancığazın taqəti yoxdur,Ehsansız olan məclisin heç ləzzəti yoxdur.

Var molla, gedir alverə kolxoz bazarında,Axşamlar ölən kimsələrin pəsməzarında,Ömrün çürüdüb müftə yemək intizarında,Qarnın otarır, bir kişidən minnəti yoxdur,Ehsansız olan məclisin heç ləzzəti yoxdur.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира