Ta ki yetdi ləbi-ləlinə nigarın meyi-nab,Rəngidən bağrını qan eylədi cam içrə şərab.

Badədən arizi-alində ərəq etdi zühur,Damdı gül-gül güli-ruyündən onun ətri-gülab.

Tari-geysulərini qıldı pərişan üzünə,Atdı əl şanəyə min işvə ilə çün mizrab,

Pərtovi-mehri-cəmal ilə işıqlandı cahan,Eylə ki, açdı cəmalından o məhparə niqab.

Durdu ayinə ilə ayə müqabil ol mah,Mahi məhv etdi həsəd, qalmadı ayinədə tab.

Şövqi-ləli o məhin qıldı məni badəpərəst,Yoxsa hərgiz bu qədər olmaz idim xanəxərab.

Vahidəm, guşeyi-vəhdətdi məqamım daim,Ürəyim qəmli, gözüm nəmli, əlacım nayab.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви