Vardı kuyində, xoş ol dəm ki, nigahbanlığımız,Bu gədalıqda idi aləmə sultanlığımız!

Ağla hicran günü, ey mərdümi-çeşmim, gecələr,Bir səhər güldürəcəkdir bizi giryanlığımız.

Yarə can verməyə yol vermədi kuyində rəqib,Nəzr qıldıqsa, qəbul olmadı qurbanlığımız.

Fariq olsaq, nola məcmuyi-pərişanlıqdan,Bağlıdır türreyi-canana pərişanlığımız.

Ləbi-canan var ikən çeşmeyi-heyvan sevirik,Adəm olsaq, bizə yetməzmi bu heyvanlığımız?

Ey könül, indi vüsal aləminin qədrini bil,Bir səmər verməyəcək sonra peşimanlığımız!

Gərək insanlığa dair çalışaq, Vahid, əgərİstəsək, aləmə məşhur ola insanlığımız.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви