Yarəb, tükəndi cəhl ilə səbrü qərarımız,Oldu ziyadə möhnəti-qəlbi-fikarımız.

Məhrum qıldı cəhl bizi feyzi-elmdən,Heyfa ki, keçdi qəflət ilə ruzigarımız.

Məstdir şərabi-qəflət ilə cümləmiz müdam,Billah, görünməyir gözə bir huşyarımız.

Qəm bəstərində dərdü qəmə olmuşuq düçar,Yox bir təbibi-haziq, ola qəmküsarımız.

Zahid salıbdı bizləri dami-cəhalətə,Müşkül o damidən ola bir dəm fərarımız.

Dünyada elmsiz yaşayıb gün keçirmədənYeydir ki, məhv olub, yox ola cümlə varımız.

Vahid şikəstə bülbültək eyləyir fəğan,Solmuş xəzani-cəhl ilə bağü baharımız.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе