Yönü bəri baxan dağlar,Dağlar bizim dağlarmola?!Sərin sulu, car bulaqlı,Dağlar bizim dağlarmola?!

Açılıb qönçə, nərgizlər,Karvan azsa, yolu izlər,Gözəllərin yolun gözlər,Dağlar bizim dağlarmola?!

Mən deyirəm bu sözləri,Sinəmdə eşqin közləri,Çox gəzmişəm o düzləri,Dağlar bizim dağlarmola?!

Baxırsan yarı görəndə,Gözəllər zülfün hörəndə,Hicran coşub dərd verəndə,Dağlar bizim dağlarmola?!

Bu görükən Vers dağına,Dikpilləkən tərs dağına,Oxşayır cənnət bağına,Dağlar bizim dağlarmola?!

Sarıyalın beli düzdü,Bulaqları tamam buzdu,Gözəllərdən əlim üzdü,Dağlar bizim dağlarmola?!

Yolaşan, Böyük yoxuşdu,Qoşqar dağda hələ qışdı,Alı deyər, vaxdı keşdi,Dağlar bizim dağlarmola?!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов