Arif ziba görsə, meyl etməz ona,Göstərmə gəl, sərraf, bir gözə ləli.Qur nizam-tərəzi, tap isbatını,Bir gözə gözəl qoy, bir gözə ləli.

Açmışam baharı yasəmənimlə,Alqışla gül-çiçək, ya səmənimlə.Öləndə gəl batma yasa, mənimlə,Dirilləm, oxşasa, bir gözəl əli.

Qəm, dəm dolu, qoşa bu iki sini,Əzvaca gəl qazma bu iki sini,Alı gözəl bilir bu ikisini –Bir gözəl Məhəmməd, bir gözəl Əli.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе