Bir səs gəldi uzaqdan, uzaqdan,Səs yoğrulub fəraqdan, fəraqdan.Azadlığın təşnəsi o səsiDinləyirəm nə vaxtdan, nə vaxtdan.Sinəm üstə yara var, yara var,Çalın-çarpaz bu dağdan, bu dağdan.Həsrət dörd nala çapsa qorxuramSala məni ayaqdan, ayaqdan.Ürəyimin səsini dinlədi,Bir quş ötdü budaqdan, budaqdan.Dedim, bir də il məni, il məniKaş çıxara sınaqdan, sınaqdan.İllər, aylar ayırıb nə vaxtdırMəni anam torpaqdan, torpaqdan.Nə ola bircə ovuc su içəm,O yarpızlı bulaqdan, bulaqdan.Bir quşam doymamışam yurdumunDağlarına qonmaqdan, qonmaqdan.Hələ yorulmamışam vətənçünAlışmaqdan, yanmaqdan, yanmaqdan...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке