İllər yaman tələsdi
Saçlarıma ağ cığırlar salmağa,Günlər, aylar, illər yaman tələsdi.Gəncliyimi əllərimdən almağaGünlər, aylar, illər yaman tələsdi.
Gen dərələr əks edərdi səsimi,Dağdan-dağa göndərərdi səsimi.Soldurmaqçün sulardakı əksimiGünlər, aylar, illər yaman tələsdi.
Qayalara nəqş edərdim adımı,Məni mənsiz o qayalar andımı?Söndürməkçün inadımı, odumuGünlər, aylar, illər yaman tələsdi.
Ömrün yaşıl dünyasından uzağam,Yarpağına xallar düşən budağam.Mən deməzdim bir gedəri qonağam,Günlər, aylar, illər yaman tələsdi.
Anam vardı laylaları bal dadan,Qoruyardı məni dərddən, qadadan.Ayırmaqçün o analı dünyamdanGünlər, aylar, illər yaman tələsdi.
Azalıbdır ürəyimin dözümü,Qınayıram bəzən özüm-özümü.Öz tovundan salmaq üçün gözümüGünlər, aylar, illər yaman tələsdi.
Dağ yolları, mən hardayam, siz harda,Odum harda, külüm harda, köz harda.Sınamaqçün məni bu sərt yollardaGünlər, aylar, illər yaman tələsdi.
Heç gəlməzdi xəyalıma, ağlıma,Zaman necə naxış salar alnıma.Bir yanmadı, kövrəlmədi halımaGünlər, aylar, illər yaman tələsdi.
El-obama qovuşsaydım nə dərdim,Bir canımı yüz yol qurban verərdim.Heç bilmədi mən nə əkdim, nə dərdimGünlər, aylar, illər yaman tələsdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/medine-gulgun-iller-yaman-telesdi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir körpə uşağam, beşiyim sular,Saçlarım gümüşə batar Xəzərdə.
Bahar lövhələriYenə dağlar dumanlardan üzə çıxır,Çəmənlərdə yaşıl otlar dizə çıxır.
Sənət sehrlidirSonsuz bir nəğməsən, sən zaman-zamanGah bəmdə ötürsən, gah zildə, dəniz.
TənhalıqYenə yağış yağdı, ildırım çaxdı,Coşdu, dalğa-dalğa çağladı dəniz.
Стихи других поэтов
Mən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
MiçəkQurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,
GörümBu yağışa dayanırmı dəmir, daş, görüm,Qalaydı xeyrin, ilahi, qapında kaş görüm!
Sultan Əbdülməcidə xitabənEy padşahım bir dur,Dərvişi fərəhnak et,