Sinəmdə min sözlü bir kamanım var
Sinəmdə min sözlü bir kamanım var,Əl vursan danışar ay şirin-şirin.Hər teldə tükənməz, bitməz arzularHey coşar, hey daşar, ay şirin-şirin.
Hər teldə sevincim, kədərim mənim,Təbrizim, Mərəndim, Əhərim mənim.
Neçə doğma kəndim, şəhərim mənimÜrəyimdə yaşar, ay şirin-şirin.
Hərdən yaz yağışı üzümdən axar,Xəyalım vüsaldan bir qanad taxar.Gözlərim ümidlə yollara baxar,Dilim nəğmə qoşar, ay şirin-şirin.
Durna qatarında görünər nəğməm,Göydə şəfəqlərə bürünər nəğməm.Nə susar, nə də ki, sürünər nəğməmQarlı dağlar aşar, ay şirin-şirin.
Mənim də nəğməmdən ərməğanım var,Sözlərdən bir isti aşiyanım var.Sinəmdə min sözlü bir kamanım var.Əl vursan danışar, ay şirin-şirin,Hey coşar, hey daşar ay şirin-şirin...
Kitabxana.az · https://kitabxana.az/ru/works/medine-gulgun-sinemde-min-sozlu-bir-kamanim-var
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Könlüm xoş olur ol büti-zibayə baxanda,Vəcd eylərəm ol zülfi-səmənsaya baxanda.
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
MənimçünKimsənəm yox mənə yazsın bir namə,Qürbət içrə bu diyarə mənimçün.
PulŞiri qılan gədüsifət-etdirən onu payimal,Susduran adlı natiqi eylədən ortalıqda lal,