Ayrılıq əlindən sözlüyəm yenə
Ayrılıq əlindən sözlüyəm yenə,Könlüm haray eylər, ay ellər, ellər.Üzümü tutmuşam Araz səmtinə,Dolubdur lal göylər, ay ellər, ellər.
Bir yanım hicrandır, bir yanım vüsal,Bir yanım sevincdir, bir yanım məlal.Məni yenə aldı, apardı xəyal,Hanı o xoş illər, ay ellər, ellər.
Düşdü tufanlara baharım mənim,Qaldı yad əllərdə diyarım mənim.Yoxdur daha səbrim, qərarım mənim,Dərdimi el bilər, ay ellər, ellər.
Sinəmdə nə qədər gör nisgilim var,Hardasan, ay bahar, bahar, ay bahar.Mənim gülüşümü oğurladılarCoşqun çaylar, sellər, ay ellər, ellər.
Dar gündə köməkdir bacıya qardaş,Gülgün bu ellərdən gen düşməsin kaş.Elə ki, üzümdə gilələnər yaşGöz yaşımı silər, ay ellər, ellər.Dərdimi el bilər, ay ellər, ellər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/medine-gulgun-ayriliq-elinden-sozluyem-yene
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Eyvanım Bakıya açılır mənim,Eyvanım bir görüş yerinə bənzər.
Qızıl rəngli səhərlərimHər gün məni oyadarlarQızıl rəngli səhərlərim.
Şirin bir laylayamDağların başında bitən çiçəyəm,Hər əsən küləyə baş əymərəm mən.
Qalır ocağımız, közümüzKülək bir yarpağı aldı, apardı,Dedim, təbiətdə bu tufan nədi?