Dağların başında bitən çiçəyəm,Hər əsən küləyə baş əymərəm mən.Şirin arzularla çarpan ürəyim,Ölərəm, dönmərəm bu əməlimdən.

Vətən torpağında qaynar bulağam,Arxam – uca dağlar, önü – göy meşə.Kim deyir dünyada mən bir qonağam,Gələcək nəğməli səsim həmişə.

Təzə dənə dolmuş sarı sünbüləm,Əyərəm başımı ana torpağa.Sevilən könüləm, sevən könüləm,Sevgimdən ürəyim dönübdür dağa.

Şirin bir laylayam, doğma bir səsəm,İsti beşiklərdən ucalacağam.Mən nəğmə deməsəm, ötə bilməsəm,O zaman, o zaman qocalacağam.

Bir evin gəlini, anasıyam mən,Bir evin ocağı, oduyam demək.Həmişə-həmişə yanasıyam mən,Həmişə çırağım şölələnəcək...

İnanma susdura zaman qəlbimi,İnanma desələr, öləcəyəm mən.Bu elə, bu yurda körpə quş kimi,Həmişə baharla gələcəyəm mən...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе