Payız
Yaşıl yarpaqlara düşdü qızıl xal,Çöllərə, düzlərə həzinlik gəldi.Göy üzü bir anda oldu halbahal,Dərələr kövrəldi, düzlər kövrəldi.
Yenə tənhalaşdı o buz bulaqlar,Yenə də soyudu ocaq daşları.Yenə də dumana büründü dağlar,Əyləmək olmadı gedən quşları.
Əssə də payızın sərin küləyi,Yenə ülfətdəyəm təbiətlə mən.Dolub boşaldıqca şair ürəyi,Ayrıla bilmirəm bu aləmimdən.
Mavi sular üstə üzən yarpaqlarQızıl qayıqları andırır mənə.Fikrimə yaddaşlar yazan yarpaqlar.Fikrimi ardınca aparır yenə.
Düşüb xəyalımın kövrək izinəKönlüm bu aləmdən ayrılma deyir.Buludlar doyduqca göyün üzünəSaçıma, üzümə yağış ələyir.
Yağışı, küləyi salmayır sayaBağlar öz barından sovqat bağlayır.Küləklər elə bil bütün dünyayaBu qızıl payızın ətrini yayır...
Bir payız yağışı yağdıqca, yağır,Payızı pişvaza çıxıb yol, yoxuş.Ürəyimə təzə nəğmələr axır,Saçıma, üzümə yağdıqca yağış...
Kitabxana.az · https://kitabxana.az/ru/works/medine-gulgun-payiz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Tükənməz eşq ilə duyduqca dərinSənin gözündəki o şeriyyəti,
9 martCəmo Cəbrayılbəyliyə*Ey sevgili yavərim Cəmobəy!
ƏzizimƏzəl səni sevdim, sonra ayrıldımOldu mənə müşkül hallar əzizim
Sənin, ey şux məlaikzadə, qurbanın olumSənin, ey şux məlaikzada, qurbanın olum,Gəlmişəm dərgahına mən dada, qurbanın olum,