Oğlum Etibara

Yollar hamar deyil oğul,Öyrən istiyə, soyuğa.Zəhməti şərəf bil, oğul.Öyrən istiyə, soyuğa.

Qorxma qardan, sazaqdan sən,Qüvvət al bu torpaqdan sən.Ağ üzlə çıx sınaqdan sən,Öyrən istiyə, soyuğa.

Dost ol qəlbi kövrəklərə,Meh ol körpə çiçəklərə.Aç sinəni küləklərə,Öyrən istiyə, soyuğa.

Yoxuşlarda büdrəmə heç,Ovuc-ovuc sulardan iç.Keç yollardan, inamla keç,Öyrən istiyə, soyuğa.

Şimşəkləri salma saya,Müjdəçi ol ilə, aya.Açq gözlə bax dünyaya,Öyrən istiyə, soyuğa.

Çinar-çinar dinsən də sən,Quzey-quzey donsan da sən,Güney-güney yansan da sən,Öyrən istiyə, soyuğa.

Fikir vermə qarlı qışa,Qoyma arzun dəysin daşa.Sən mərdlərlə gir yarışa,Öyrən istiyə, soyuğa.

Vüqarlı ol sən, dağ kimi,Daim çağla bulaq kimi.Dözümlü ol torpaq kimi,Öyrən istiyə, soyuğa.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов