Dedim, könül, bacar yaxşılıq eylə,Həmişə əlində ixtiyar olmaz.Çox da bel bağlama dünya malına,Nə mala, nə mülkə etibar olmaz.

Yaxşı olar mərd igidin təməliNamərd heç kəsə tutmaz dad əliHər qul Qənbər olmaz Hər ağa ƏLiHər qılınc kəsməklə Zülfüqar olmaz

Ey nazənin, sən geydiyin nə aldır?Yenə başındakı hansı xəyaldır?Birisi büdrəsə qolundan qaldır,Hər zaman dost-dosta səbəbkar olmaz.

Aşıq oldun hər ağrıya dözəsən.Sinən üstə odlu közlər əzəsən.Gündoğanla, günbatanı gəzəsən,Allahverdi kimi xiridar olmaz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов