Gəl səninlə eli gəzək,Ağsaqqallar desin görək,Haram maldan halal çörək,Rüşvətdən ehsan olarmı?

Bir xəbər al sağ-solundan,Çıxmayanlar haqq yolundan,Qəsb olunmuş el malından,Desinlər qurban olarmı?

Bilinmir yolların yaşı,Danışdır torpağı, daşı,Hər kişidən karvanbaşı,Hər otdan dərman olarmı?

Halal mala haram qatsaq,Müftə malı yeyib, yatsaq,Əməksiz sərvətə çatsaq,Vətən gülüstan olarmı?

Bir fikir də məni əyir,Görək, buna el nə deyir:Qafiyəli hər söz, şerHər füzul dastan olarmı?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине