Qanadlar qaldırdı sizi zirvəyə,Az qaldı başınız buluda dəyə,

Zirvədən aşağı salanda nəzər,Sizə dayaz gəldi dərin dərələr.Kiçildi elə bil geniş düzənlər.Nöqtəyə döndülər nəzərinizdəCansız torpaqlara həyat verənlər.Xalqın adı ilə qalxıb zirvəyə,Xalqı unutdunuz xalq deyə-deyə.Zirvəyə qalxdıqca qartallaşdınız,Əllər caynaq olub, gözlər deşdiniz.İllərlə siz xalqın qanın içdiniz.Xalq! Dediz zirvədən düşəndə yenə,Xalqa sığındınız siz dönə-dönə,Xalqı çağırdınız köməyinizə,Haram olsun xalqın çörəyi sizə!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине