Bu sözüm əfsanə yox, yalnız həqiqətdir, oğul,Millətə namusla xidmət, bir səadətdir, oğul...Dostluğa, qardaşlığa and içmisən, əhsən sənəAtdığın bu yaxşı addım, ömrə zinətdir, oğul.Andına sadiq vətənpərvərliyində möhkəm ol,Andı pozmaq məncə dəhşətdən də dəhşətdir, oğul.Qoy vüqarın qol-qanad açsın, baharın lalələr,Millətin çünki qızıl bayraqlı millətdir, oğul.Mən Süleyman Rüstəməm, eldir, vətəndir, varlığım,Can evimdə ən böyük nemət bu sərvətdir, oğul.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе