Aşıq “Yanıqlı”nın bayatılarından
Ağ şanı, qara şanıSənə bərabər hanı?Nə bağbanam, nə bağ yiyəsi.Baxıram ürəyim əsir.Ağ şanı, qara şını!Bulud meynələr hanı?
Gün keçdi aram, aram,Nə keçdi, gör nə keçdi.Həsrətin var, mən varam.Mənim namehribanım!Yüz il ömür eləsəm də,Mən səni unutmaram.
Yollar, dolayı yollar!Gündüz nurlu, günəşli,Gecə ulduz çiçəkli,Sinəsi aylı yollar!
Niyə susub durdunuz,Kim küsdü getdi burdan,Küylü, haraylı yollar?
Ağ dəvə düzdə qaldı.Ovsarı bizdə qaldı.Neçə arzum, həsrətimDərdli Təbrizdə qaldı.
Ağ bağçam, allı bağçam,Mehi sığallı bağçam!Əcəl qayıt! Yar bizəQonaq gəlir bu axşam.
Üzərlik, tər üzərlik,Çöldə bitər üzərlik.Namərd nəfəsi dəydiKöhnə yaram közərdi.
Gün düşdü qalaya da.Kölgəli talaya da,Qorxuram, susa nəğməmBəstəsi qala yada.
Yolum yoxuşa çıxdı,Payızım qışa çıxdı.İl arzum, il ümidimBir gündə boşa çıxdı.
Dodağımda qan qaldıÖpüşündən qan qaldı,Mən nazik dodaqlıyam?Ya dodağın qanqaldı?
Aşıqdır gündə sənə,Nur saçır gün də sənə.Haçan qurbanın olum?Bir vaxt, bir gün desənə!
Bu dağlar bulaqlıdır,Ətəyi sulaqlıdır.Elə danış, vay deməDivar da qulaqlıdır.
Arazın qıraqları,Alma, armud bağları,Arazın suyu varmıDoyursun quraqları.
Dolu yağdı Araza,Bir od düşdü harasa,Dişsiz qalsın darağıKim Arazı darasa.
Araz arxadan gedər,Gah çəp, gah da yan gedər.Arazın qəlbi olsaGecə-gündüz qan gedər.
Arazım, ax Arazım!Üzümə bax, Arazım!Axdın, o tay-bu taydaYandı dodaq, Arazım.
Araz yanıq dillidir,Suyu necə lillidir,Gah axır, gah dayanırGörünür nisgillidir.
Araz axar, yan düşər,Daşlar yaxadan düşərAraz bildiyin desəXata çıxar, qan düşər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/resul-rza-asiq-yaniqli-nin-bayatilarindan
Клавиши ← → для перехода, R — случайное стихотворение