Daha kimə inanasan
İnamların çıxdı puça,Daha kimə inanasan?..İnam yoxsa, axı, necə,Yaşayasan, dolanasan?..
O hər kəsin ruhu, qanı,İnamdadır insan canı…Bundan belə bu dünyanı,Gəl, qoy görüm yoluna sən…
Onsuz ömür boran imiş,Bir gül kimi solan imiş…Onsuz hər şey yalan imiş…İnciləcən, Quranacan…
Qurğu imiş Allah özü,Çaşdırıblar, vallah, bizi,Əfsanəymiş həyat sözü,Əvvəlindən sonunacan…
Bəzək vurub sözümüzə,Toxdaq verib özümüzə…Aldanırıq kökümüzə,Qara torpaq dolanacaq?..
Şair Cabir, yaxşı düşün,Getdi yazın, gəldi qışın,İnamın ki, öldü, qoşul,İtə, qurda, ilana sən…
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabir-novruz-daha-kime-inanasan
Клавиши ← → для перехода, R — случайное стихотворение