Təhlükə yaxınlaşırdı. İranı osmanlı-alman ittifaqına sürükləmək üçün qurulan planlar həyat səhnəsinə keçməyə başlayırdı. Hacı Mirzağa Bülluri və Kəblə Hüseyn Fişəngçil öz xain düşüncələrini həyata keçirməkdə idilər. Onlar İttəhadi-tərəqqi firqəsinin göstəriş lərinə görə Kərkük və Süleymaniyə sancaqlarında könüllü ordu təşkilinə başlamışdılar.

Könüllü ordunun komandanı sabiq ərkan-hərb zabitlərindən Helmi bəy, ordunun siyasi rəhbəri və təşkilatçısı isə İbrahim Fovzidən ibarət idi.

Əvvəla onu demək lazımdır ki, Kürdüstanda bu orduya daxil olanlar çox az idi, bir çox kürd ağaları bu macəraya qoşulmaq istəmirdilər. İttəhadi-tərəqqi firqəsinin özü də bu yığıntı dəstənin müvəffəqiyyətinə inanmırdı. Bu macəra ancaq rusların nəzərini İran cəbhəsinə cəlb etmək və Avstriya ordusunun geri çəkilişini dayandırmaq məqsədi ilə başlanmışdı.

Biz Hacı Mirzağa Bülluriyə yazdığımız məktubun cavabını Savucbulaqdan aldıq. Hacı Mirzağa öz məktubunda bizim məktubumuza açıq və aydın cavab verməmişdi, ancaq o özünün uzun-uzadı məktubunda bizi gələcək müvəffəqiyyətləri ilə qorxudaraq yazırdı:

eMöhtərəm Əbülhəsənbəyl Son məktubunuzu aldım. Məktubdan belə anlaşılır ki, Təbrizdəki yoldaşlar İranın azadlığı yolunda görülən tədbirdə bizim ilə əməkdaşlıq etmək istəmirlər. Lakin onu bilməlisiniz ki, siz olmasanız da bu tədbir həyata keçə biləcəkdir. Sizə gəldikdə, öz tədbirlərinizlə böyük fəaliyyətinizə bədbəxt bir yekun vurmağa çalışırsınız. Hazırda Təbrizə hücum edən ordu Məmmədəli şahın başıpozuq dəstələri deyil, Təbrizə hücum edən ordu, Muraz xan, Zərqamüssoltan, Hüseynəli xan, Rəhim xan və Böyük xanın quldur dəstələri deyil, müntəzəm osmanlı və alman ordusudur. Bu müharibə Səttar xan müharibəsi deyil ki, Təbriz mücahidləri və Qafqaz bombaçıları ilə başınızı saxlayasınız.

Məktubunuza təfsilən cavab verə bilmədik, çünki ordu işləri ilə başımız məşğuldur. İnşallah bu barədə Təbrizdə təfsilən danışarıq».

Bu məktubda Hacı Mirzağa bizi təhdid edirdi. «Təbrizdə təfsilən danışarıq) sözləri də bunu ifadə edir və bu yazısı ilə bizə Helmi bəyin Təbrizdə quracağı dar ağaclarını nişan vermək istəyirdi.

Hacı Mirzağanın məktubu iclasda oxunduğu zaman əqidəcə möhkəm olmayan və inqilabdan ancaq öz xeyirlərini güdənlər iclasda axıra qədər oturmamaq üçün yüz cürə bəhanələr gətirib əkilmək istədilər.

– Mən axıra kimi otura bilməyəcəyəm. Ağalara məlumdur ki, biz bu gecə qızın xeyir işini başlamışıq, köçürtmək istəyirik.

– Məşədi Haşım can üstündədir. Qohumdur, gərək hazırlıq görək.

– Dedim iclasa getmərəm, özgə cürə başa düşərlər, evdə qonaqları qoyub gəlmişəm.

– Özümü çox pis hiss edirəm, ağayi Təbibül-məmalik buyurmuşdu ki, bir neçə günlüyə heç bir yerə getmə, lakin ağanın dəvətini yerə sala bilmədim.

– Bu işlər dövlət işidir. Demokratların burada nə işi vardır?

– Ağayi Vasminci çox düz buyurdular, qoy hökumət öz məmləkətinin qeydinə qalsın.

Danışanlar danışır, yüz cür bəhanələrlə iclasdan qaçmağa tələsir, danışmayanlar isə zəli kimi qəlyanın qəmişindən tutub sorurdu.

Bu adamlar sükut etmək və bəhanələrlə ancaq vahid bir məqsəd daşıyırdı, onlar osmanlı ordusu Təbrizə girdiyi zaman: “Biz iclasda iştirak etməmişik, biz sizə tərəfdar olmuşuq? deyə hazırlanırdılar.

Hələlik heç bir kəsə iclasdan çıxıb getmək üçün icazə verilməmişdi. Bəhanə gətirənlərin bir ayağı qalxmaqda və getməyə hazırlanmaqda ikən:

– Əyləşin, – dedim, – üzr və bəhanə gətirməyin vaxtı deyildir, hələlik sizin üçün heç bir qorxu yoxdur, mən sizə söz verirəm ki, başınızdan bir tük belə əskik olmayacaqdır.

Bu sözdə həmişə zarafatla ciddi sözünü deməyə adət edən Bağmeşəli Mirzə Hüseyn:

– Başımızdan bir tük əskik olmasa da, bədənimizdən başımız əskik olacaqdır, – dedikdə bu sözə bir çoxları güldü və bir çoxlarının da qorxudan rəngi ağardı.

Mən də öz növbəmdə Mirzə Hüseynin cavabını verdim:

– Başı bədəndə saxlamaq üçün kişidə tədbir və cəsarət lazımdır,

– dedim və sözümə davam etdim: - Siz bilirsiniz ki, insanları təhlükədən qurtaran onun acizliyi, üzr və bəhanə gətirməsi deyil. Təhlükə hamıdan qabaq qorxaqlar və üzr-bəhanə gətirənlər üçündür. Biz bunu yeddi ildən bəri öz mübarizə həyatımızda bir neçə kərə təcrübədən keçirmişik. Buna görə də səlamət qalmağımız və təhlükəni rədd etməyimiz üçün başqa yollar götürməliyik. Siz mənə inanın, bir çox zaman mənə inanmışsınız, mən də sizin etimadınızı doğrultmuşam. Bu gün yenə də sizin etimadınızı doğrultmağı ümid edirəm. Burada bir çoxları dedi ki, «Bu məsələ hökumət məsələsidir. Qoy hökumət öz məmləkətini müdafiə etsinə. İndi mən sizə sual verirəm: hökumət hanı? Onun məmləkəti xarici təhlükədən müdafiə edə biləcək qüvvəti haradadır? Siz hökumət sərdar Rəşidəmi deyirsiniz? Hazırda o, bir tərəfdən çar hökumətinin əmrlərini yerinə yetirir, bir tərəfdən Tehran hökumətini aldadaraq özünün səmimi bir İran valisi olduğunu göstərir, o biri tərəfdən də osmanlı-alman dostluğunu meydana sürməklə öz gələcəyinin qeydinə qalır. Bizim, əlbəttə, osmanlılara və almanlara gücümüz çatmaz, bizim istədiyimiz bir şey varsa, o da Təbriz xalqını Mirzağa Büllurinin başında gələn lotu-potunun qarətindən qurtarmaqdan ibarətdir.

Yenə də Mirzağa Hüseyn yerindən söz atdı:

– Necə qurtara bilərik? Nəyimiz var?

Bu sözdən sonra yenə də ətrafdan danışmağa, üzr, bəhanə gətirməyə başladılar.

– Təbrizə gələn hökumət ordusudur. Onların xalqı qarət etməklə nə işləri vardır?

– Ay hayıf sənə Səttar xan, indi nə sənin yerin görünür!..

Mən yenə onları sükuta dəvət edərək dedim:

– İnqilab qəhrəmanı Səttar xan aramızda olmasa da, biz onun yolunu gedirik. O bizi həmişə mərd olmağa çağırmışdır. İndi heç bir həyəcana lüzum yoxdur.

İclasdan qaçmaq istəyənlər yerlərində otursalar da, nə hə, nə də yox deməyə cəsarət etmirdilər, bunların çoxu da bir-birindən qorxurdu. Bir hissəsinə gəldikdə onlar da müdafiə qüvvəti düzəldilməsi işinə səs verə bilmirdilər, çünki müdafiə qüvvətinin məsarifində iştirak etmələrindən və özlərinin də xərc verəcəklərindən qorxurdular.

Lakin mən bu son qorxunu onların üzərindən götürmək üçün:

– Sizdən heç bir məsarif-filan da tələb olunmur, hamısını firqə öz öhdəsinə götürür, – dedikdə onlar özlərini düzəltdi və müdafiə tədbirlərində iştirak edəcəklərinə söz verdilər.

Lakin qərar yazılıb, imza etməyə gələndə yenə də bir neçə nəfər üzr və bəhanə gətirməyə başladı. Nəhayət, mən:

– İnqilab komitəsinin qərarlarına maneə törədənlər və müdafiə qüvvəsinin düzəlməsi işinə əngəl olanlar və bu sirri bir başqasına verənlərlə inqilab zamanında olduğu kimi rəftar ediləcək və hüququ müdafiə olunmayacaqdır, – dedikdə həmin qorxaqlar da əlləri tifrəyə-titrəyə qərarı imza etdilər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов