Tamahkar doktor
Doktora gəldi bir nəfər xəstə,Dərdlərin söyləyirdi ahəstə.Doktor o xəstəni soyundurdu,Barmağilə beş-on kərə vurdu,Nəfəsin aldırıb qulaq asdı,Qarnına əllərilə bir basdı,Truba qoydu dinlədi bol-bol,Dilinə, ağzına baxıb dörd yol,Dərdləri durdu saymağa doktor,Dedi ki: səndə xəstəlik çoxdur.Böyrəkin bir qədər tapıb illət,Korbağırsaq sənə verir zəhmət.Ciyərində ləkə böyüklənmiş,Ürəyin də vurur, fənadır iş.Azalır get-gedə sənin qanın,Ağrıyır çox yatanda hər yanın.Şor yeyəndə ətəş olur zahir,Darılırsan su olmasa hazır.Əsəbiləşmisən həqiqətdə,Bu da bir inqilab sihhətdə.İtirib həzm qüvvəsin mə’dən,Əriyirsən, dalı gedirsən sən.Soyuğa səndə qalmamış taqət,İsti də verməyir sənə rahət.Çox yeyəndə ağırlaşır halın,Binəvasan, zəbundur iqbalın.Daima rahət olmaq istərsən,Görürəm səndə yüz cür illət mən.Qoyma artsın naxoşluq, huşyar ol!Yeməyində çox ehtiyatkar ol!
Nahara müxtəsərcə qıl bozbaş,Mümkün olsa bir az da kotlet, aş.Bunlar olmazsa bir toyuq qaynat,Suyuna az düyü ya noxud at,Duzu çox olmasın, zərərdir bu,İkicə istəkan qoyarsan su.Bu, nahar etməyə kifayətdir,Xəstənin borcu bir qənaətdir.Səhərə mümkün olsa hazırla,Bir böyük istəkan şirin kakava,İlıq elə neçə yumurtanı,Gətirər qüvvətə bu insanı.Axşama bir cavan cücə aldır,Doğrayıb evdə şorbaya saldır.Süt aşından çəkinmə, al qab-qab,Sə’y elə ta bədəndə olsun tab».Buna xəstə baxırdı diqqətlə,Doktoru dinləyirdi heyrətlə.Dedi: «Bu saydığın mərəzlərdən,O xörəklər ki, burda saydın sən,Hamısı burda çıxdı yadımdan.Xəstəyəm bu deyil mənə nöqsan,Xəstəlikdən heç hafizəm yoxdur.Onları bir kağıza yaz, doktor!»Buna doktor dəxi qılıb iqrar,Dedi: «Bu xəstəlik dünəndən var.Qüvvəyi-hafizən olub bərhəm,Təcrübə eylədim dünən mən həm.Bilmədim, bir manat verib getdin,Ya unutdun və ya ki, səhv etdin».Xəstə bir ah çəkdi ahəstə,Dedi: «Əlbət ki, xəstəyəm, xəstə,Məni əfv et yoxumdu çoxlu param,Eybi yox, baxmasan ölüb bataram».Baxdı doktor bu hala pür heyran,Dedi: yox sihhətində bir nöqsan,Xəstəlikdən özündə yox asar,Kəlmə artıq, çox iltimasım var!»
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-tamahkar-doktor
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İstambuldan bizə hərdən bir qəribə töhvələr gəlir.Biz indiyədək elə xəyal eləyirdik ki, əbcəd elmini Naxçıvanda Məşədi Həsəndən savayı heç kəs bilmir. Amma indi İstambuldan gələn «Şəms» ruznaməsində oxuyuruq ki, məktəbi-sultaniyyənin məşhur müəllimlərindən ədibi-fazil müəllim Feyzi cənabları bir hədisi əbcəd hesabına çəkib yazır:
Qəribə günə qaldıqƏ kişi, vallah indi bir para adamlar çıxıbdır ki, heç istəmir özlərinə baxsın. Laməzhəblər elə sözlər danışırlar adam heç eşitmək də istəmir. Hər yerdə otururlar başqa bir sözləri yoxdur. Məhz sözləri filan molla belə gəldi, filan molla şəriətə xəyanət elədi. Filan mərsiyəxan kimyagərlik eləyir, filan müdərris bisavaddır. Baxırsan ki, hər nə danışırlar, qərəz, hər nə iş görürlər, mollaların üstünədir. A kişi, sən gör bu laməzhəblər nə danışırlar? Məsələn, keçən gün deyirdilər ki, Zəngəzurda filan molla filan övrətə kəbin kəsib sonra övrətin əlahiddə sahibi çıxıb. Vəhalon ki, imanı olan müsəlman bu işi yəqin etsə də ki, mollada xəyanət var, yenə gərək ağzını açıb danışmasın, çünki allah-taala səttarul-üyubdur.A kişi, bir görün iş hara yetişib? Necə dünyanı kafir götürüb: Dünən bizim Fridun gəlib ki, «dadaş vidiş eta molla alla akper çto izdelayet?» Dedim ki, atam gorbagor olaydı, səni rus şkoluna qoyan yerdə! Gədə, haramzadə, utanmırsan, elm əhlinin adını kafir dilində deyirsən? Çox söyüb yamanlayandan sonra dedim ki, üzün qara olsun, de görüm yenə nə var? Dedi Dadaş, Zəngəzurun dördüncü uçastokunda bir Ləhvaz kəndi var, oranı tanıyırsan? Dedim çox da uzun getmə, hamama gedəcəyəm, tanıyıram. Dedi orada bir Mirzə Ələkbər var, tanıyırsan? Dedim, a gədə, hənə bağlayacağam, vaxt keçir, sözünü de! Dedi, ki, Mirzə Ələkbər heç əmmaməsından utanmayıb Sultan Məhəmməd adlı bir kişinin on dörd yaşlı bir qızını götürüb qaçıbdır. Üç gün saxlayandan sonra molla götürüb kəbinini kəsdirmişdir». Allah bilir ki, mən bu sözü eşidən kimi başımda tüklərim biz-biz oldu. Dedim allah sizin kimi adamlara lə’nət eləsin, gör yazıq mollalara nə iftira deyirlər. Nə yaxşı mən özüm bu işdən xəbərdar idim, yoxsa mənim də qəlbimə qaraltı gələcək idi. Yazıq Mirzə Ələkbər əzbəs ki, çox mö’min adamdır və heç vaxt namazın da qəzaya qoymaz və özü də yaxşı azan deyir, ona görə istəyib ki, övrətsiz qalmasın. Yazıq mö’min və azan deyən Mirzə Ələkbər bir adam tapa bilməyib ki, xastakarlıq üçün göndərsün. Labədə özü qabaqca bir cəmal siğəsi oxuyub, bir səlavat çevirib qızı götürüb qaçmışdır. Çünki Mirzə Ələkbər çox mö’min və azan deyən bir adamdır və başında pakizə əmmamə... Əmmamə dedim, Ordubadın Vənənd kəndi yadıma düşdü. Xub, hələ mətləbdən uzaq düşməyək. Gör bu laməzhəblər mollalara necə iftira deyirlər. Aya, Ələkbər qızı götürüb kənd aşırıb, dağ aşırıb ki, xilafşər olmasın? İntəhası rəiyyət məhəlləsindən götürüb bəy məhəlləsinə gətirmişdir. Müxtəsər, qəribə günə qaldıq.
MiyanəMiyanə dediyimizdə qare’lərimizin bir parasının xəyalına gələcək ki, xub, miyanə, yə’ni ortalıq. Xeyir.Miyanə İranın Azərbaycan ilə Tehran arasında vaqe məşhur qədim bir şəhəridir. İki qit’ənin arasında vaqe olduğuna cəhət adını qoyublar Miyanə, yə’ni ortalıq.
TəəccübDoğrudan çox təəccüb ki, necə qorxmurlar?«Din və məşəqqət» məcmuəsi 6-cı nömrəsində yazır ki, «bu Avrupa müqəllidləri — bə’zi müdərris və müəllimlər ki, övrətlərini və qızlarını götürüb teatrlara gedirlər — bunlar yomul-məhşərdə xuda hüzurunda rüsvayi-aləm olmaqdan necə qorxmurlar?»
Стихи других поэтов
Aləm içrə zahirən çox mehribandır soxtalar,Qəlbiniz heç sınmasın kim əlamandır soxtalar
Təcnis: Kəlbin tək qapında payi-bəndəm mənKəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,
TürklərOl qoçaq iranlılar,Ol igit osmanlılar,
آن خال عنبرین که نگارم به رو زدهدل میبرد از آنکه به وجه نکو زده